Azərbaycanda 100 ton keyfiyyətsiz dəmir dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ziyafətxanım Şahbazovaya məxsus \"Demka Metal\" MMC-nin dəmir istehsalı sexində standart tələblərə cavab verməyən, satış məqsədilə istehsal edilmiş, ekspertiza rəyinə görə keyfiyyətsiz 100 ton dəmir zolaqları aşkar edərək dövriyyədən çıxarıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB