Qubada ötən gecədən hava şəraiti yenidən pisləşib

Qubada ötən gecədən hava şəraiti yenidən pisləşib

Qar yağıntısı güclənib, qarın durmadan yğması ucqar dağ kəndləri ilə əlaqəni demək olar ki çətinləşdirib. Quba-Qonaqkənd yolunda olan 13 kəndlə nəqliyyat əlaqəsi tam kəsilib.

SİA-nın Şimal bürosunun vediyi xəbərə görə, Ekologiya və Təbii sərvətlər Nazirliyinin Rük kəndindəki hidrometroloji stansiyasından Şahnaz Bağıyevanın verdiyi məlumata görə, Rük kəndindən Qubaya gələn kənd sakinləri yol olmadığından geri qayıdıblar.

Güclü külək yollarda qar sorulması yaradaraq 10 metrlərlə hündürlükdə qar yarğanları yaradıb. Yolların keçilməz olduğu üçün 70 km-lik yolda təxmini 13 kənd rayonla nəqliyyat əlaqəsi kəsilib. Qubada yaşayan sürücülər isə yolun buz qatına görə narazıdırlar.

Quba regional hidrometrologiya müəssəsinin meteroloqu Rəsmiyyə Eyyubovanın verdiyi məlumata görə, Qubada qarın qalınlığı 28, Qusarda 32, Xızı ( Altıağac 25,) və Şabran –Xaçmazda isə 14 sm-ə çatdığını bildirir.


Emin Kərimov



Bütün xəbərlər Facebook səhifəmizdə