Azərbaycanın İordaniyadakı səfiri İordaniya Senatının sədri ilə görüşüb
Azərbaycanın İordaniyadakı səfiri E. Araslı İordaniya Senatının (parlamentin yuxarı palatası) sədri T. Masri ilə görüş keçirib. Səfirlikdən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-İordaniya parlamentlərarası əməkdaşlığının inkişafı, qanunverici orqanların nümayəndələrinin səfər mübadilələrinin təşkili, o cümlədən iki ölkənin parlamentləri arasında mövcud dostluq qrupunun fəaliyyətinin daha da aktivləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir E. Araslı Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından münaqişənin bu günə qədər öz həllini tapmadığını T. Masrinin diqqətinə çatdırıb. Ölkəsinin bu münaqişədə Azərbaycanın haqlı mövqeyini beynəlxalq miqyasda daim dəstəklədiyini söyləyən İordaniya Senatının sədri isə bu dəstəyin bundan sonra da göstəriləcəyini birmənalı olaraq vurğulayıb.
Söhbət zamanı T. Masriyə azərbaycanlı həmkarı O. Əsədovun adından rəsmi dəvət məktubu təqdim edilib. Dəvəti məmnuniyyətlə qəbul edən Senat sədri cari ilin aprel ayı ərzində Azərbaycana səfər etməyə hazır olduğunu bildirib.
Sonda E. Araslı T. Masriyə İordaniyada Azərbaycan haqqında nəşr olunmuş kitabdan bir nüsxə təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB