\"Bu günlərdə YAP-ın illik və maliyyə hesabatı açıqlandı. Digər partiyalar da analoji hesabat verməlidirlər\". Bu sözləri bu gün jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
S. Novruzov bildirib ki, YAP verdiyi hesabatla digərlərinə nümunə göstərib: "Müxalifət partiyaları da hesabat verməli və bildirməlidirlər ki, hansı mənbədən maliyyələşirlər. Ancaq bu partiyalar qaranlıq mənbələrdən maliyyələşdikləri üçün hesabat verməkdən çəkinirlər".
YAP icra katibinin müavini müxalifətlə dialoqa hər zaman hazır olduqlarını da bildirib: "Siyasi partiyalar bir-biri ilə düşmənçilik aparmamalıdır. Gəlsinlər dialoq aparaq, Azərbaycanın taleyüklü məsələlərini müzakirə edək. Ancaq bu gün bu partiyaların yeganə fikri hakimiyyətə gəlməkdir. Bu səbəbdən də ölkədə qarışıqlıq, gərginlik yaratmaq istəyirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB