Natali Qule: \"Qanunun qəbul edilməsi Fransanın münaqişə tərəflərindən birini dəstəklədiyini göstərir\"

Natali Qule: \"Qanunun qəbul edilməsi Fransanın münaqişə tərəflərindən birini dəstəklədiyini göstərir\"

"Fransa parlamentində qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun qəbul edilməsi həm diplomatik, həm də hüquqi baxımdan Fransa üçün qəbuledilməzdir". SİA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Fransa Senatının üzvü Natali Qule deyib.

Onun sözlərinə görə, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun həmsədridir. Buna görə də Fransa bitərəf mövqe tutmalıdır: \"Lakin bu qanunun qəbul edilməsi Fransanın münaqişə tərəflərindən birinin tərəfini tutduğunu göstərir. Türkiyə ilə də münasibətlərin korlanması Fransanın milli maraqlarına uyğun deyildir. Bunlarla yanaşı, qanun Fransa Konstitusiyasına da ziddir\".

Xanım N.Qule bildirib ki, qanunun Konstitusiya Şurası tərəfindən rədd edilməsi üçün əllərindən gələni edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə