Fransa Senatının nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan Fransa Senatının Qafqaz üzrə dostluq qrupunun sədr müavini xanım Natali Qulenin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Fəxri Xiyabana gələrək, ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyub. SİA-nın verdiyi xəbərə görə, onlar görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın da xatirəsini yad ediblər, məzarı üzərinə gül dəstləri qoyublar.
Sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət ediblər. Fransa nümayəndə heyətini Azərbaycanın bu ölkədəki səfiri Elçin Əmirbəyov müşayiət edib.
Bildirək ki, nümayəndə heyətinin tərkibinə Natali Qule ilə yanaşı, Azərbaycana xoş münasibət bəsləyən daha 5 senator - Silvi Qo-Şaven, Jan-Mari Bokel, Evre More, Andre Rexar, Cani Lorju daxildirlər. Bu onların Azərbaycana ilk səfəridir.
Xatırladaq ki, nümayəndə heyətində təmsil olunanlar Fransa Milli Assambleyası və Senatı tərəfindən qəbul edilmiş \"Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsi üçün cəza nəzərdə tutan qanun\"a qarşı səs vermiş senatorlardır.
Bu gün fransalı qonaqlar Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB