Rusiyanı çətin sınaq gözləyir

Rusiyanı çətin sınaq gözləyir
Rusiyada prezident seçkisindən bir ay əvvəl paytaxt Moskva və bir sıra regionlarda müxalifətin mitinqləri keçiriləcək. SİA-nın xəbərinə görə, Moskvada dörd mitinq və bir yürüş planlaşdırılıb. Etiraz aksiyasında 100 min insanın iştirak edəcəyi gözlənilir.

Müxalifətin ən böyük mitinqi Bolotnaya meydanında olacaq. Müxalifətin mitinqləri ilə yanaşı, hakim \"Vahid Rusiya\" partiyasından prezidentliyə namizəd Vladimir Putinə dəstək aksiyasının da keçirilməsi planlaşdırılıb. Asayişin mühafizəsinə 9 minədək polis əməkdaşı cəlb olunması nəzərdə tutulur. Mitinqlərlə əlaqədar bir sıra küçələrin bağlandığı, bir neçə metro stansiyasına girişin isə məhdudlaşdırıldığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə