Bu gün Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayır

Bu gün Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayır

Bu gün Almaniyanın Münhen şəhərində təhlükəsizlik siyasəti mövzusunda ənənəvi 48-ci konfrans başlayır. SİA-nın verdiyi məlumata görə, konfransda "Almaniyanın Avropa və dünyada rolu", "Enerji ehtiyatları və ətraf mühit: Yeni təhlükəsizlik parametrləri", "Avroatlantik təhlükəsizlik təşəbbüsləri", "Maliyyə böhranı və onun beynəlxalq təhlükəsizliyə təsiri", "Avropa Birliyi və transatlantik alyansın gələcəyi", "Yeni Yaxın Şərqin qurulması?", "Kibertəhlükəsizlik" panelləri üzrə müzakirələr aparılacaq.


Toplantıda Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton, Rusiyanin xarici işlər naziri Sergey Lavrov, Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna lideri Viktor Yanukoviç və digər rəsmi şəxslərin iştirak edəcəyi gözlənilir. Ümumilikdə konfransa 70 ölkədən nümayəndə heyəti qatılacaq.


Azərbaycan dövlət başçısı İlham Əliyev konfransda enerji, təbii ehtiyatlar və ətraf mühit mövzusunda çıxış edəcək. Bundan əlavə prezidenti İlham Əliyev, Viktor Yanukoviç, Avropa Birliyinin enerji məsələləri üzrə komissari Günter Ottinqerlə birlikdə enerji təhlükəsizliyi məsələlərinə həsr edilmiş toplantıda iştirak edəcək.

Müzakirələrdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək.

Forum fevralın 5-də başa çatacaq.



Bütün xəbərlər Facebook səhifəmizdə