Yoram Koen: “Son bir il ərzində İsrailin Bakıda və iki həftə əvvəl Tailandda səfirliklərinə üç ciddi hücumun qarşısı alınıb”

Yoram Koen: “Son bir il ərzində İsrailin Bakıda və iki həftə əvvəl Tailandda səfirliklərinə üç ciddi hücumun qarşısı alınıb”

"Son bir il ərzində İsrailin Bakıda və iki həftə əvvəl Tailandda səfirliklərinə üç ciddi hücumun qarşısı alınıb". SİA-nın "Haarets"ə istinadən verdiyi məlumata görə, bunu İsrail təhlükəsizlik xidmətinin rəhbəri Yoram Koen deyib. İsrailin təhlükəsizliyinin təminatına toxunan Koen bildirib ki, əsas məqsəd İranın terror qruplaşmalarının qarşısını almaqdır: \"Regionda qeyri-stabil situasiya fonunda biz Qəzzə sektorunda irimiqyaslı hərbi əməliyyatlar keçirmədən bunu edəcəyik\".


Şərq problemi barədə danışan Kohen vurğulayıb ki, terror qruplarının əsas məqsədi İsrainin mövcud ərazilərinə ciddi müdaxilələr etməkdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə