Rafael Hüseynov: "Erməni tərəfinin cəhdlərinə baxmayaraq AŞPA-da Dağlıq Qarabağ üzrə Alt Komitə öz fəaliyyətini davam etdirəcək"
"AŞPA-nın yeni sədri Jan-Klod Minon fransız deputat olmasına baxmayaraq, mənə elə gəlir ki, onun həm Qarabağ münaqişəsi, həm də Assambleyanın gündəliyində duran digər mübahisəli məsələlərlə bağlı ilk bəyanatı kifayət qədər müsbət mahiyyət daşıyır. Hər halda AŞ PA Bürosunun Assambleyanın qış sessiyası çərçivəsində keçirilən iclası zamanı Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitənin fəaliyyətinin müzakirəsi bir uğurdur". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.
R.Hüseynov bildirib ki, bu, erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitənin fəaliyyətinin dayandırılması istiqamətində göstərdikləri səylərin perspektivsiz olduğunu bir daha sübut edir. Onun sözlərinə görə, qurumun Bürosu, ümumilikdə Assambleya Alt Komitənin fəaliyyətinin davam etdirilməsində maraqlıdır.
"Buna görə də, mən hesab edirəm ki, erməni tərəfinin onun fəaliyyətini boykot etməsinə baxmayaraq bu Alt Komitə öz fəaliyyətini davam etdirəcək. Avropa Şurası öz tərəfindən bu Alt Komitə çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına öz töhfəsini verməyə çalışır.Alt Komitənin fəaliyyətinin dayandırılmasının öz nailiyyəti olduğunu deyən erməni tərəfinin bəyanatları həqiqətə əsaslanmayan mülahizələrdən başqa bir şey deyil. Bunun özü Avropa Şurasının prinsiplərinə də zidd olardı. AŞ öz nüfuzuna xələl gətirə biləcək heç bir addım atmayacaq", - deyə nümayəndə heyətinin üzvü qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB