Parlamentin 2012-ci il yaz sessiyası keçirilib

Parlamentin 2012-ci il yaz sessiyası keçirilib

Bu gün keçirilən Milli Məclisin 2012-ci il yaz sessiyası dövlət himinin səslənməsi ilə öz işinə başlayıb.

SİA-nın xəbərinə görə, ilk plenar iclasın gündəliyinə 4 məsələ daxil edilib. Milli Məclisin sədri Oqtay Əsədov yaz sessiyasında Milli Məclisi çox gərgin iş gözlədiyini və bir neçə qanun layihəsinin müzakirə olunacağını, hökumətin, Ombudsmanın hesabatlarının dinləniləcəyini deyib.

Parlamentin bugünkü iclasında Fransa Senatının qondarma "erməni soyqrımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbulu ilə bağlı məsələ müzakirə olunub. Həmçinin iclasda Azərbaycan Respublikasının adının dəyişdirilməsi məsələsi müzakirə mövzusu olub.

BAXCP sədri Qüdrət Həsənquliyev dövlətin adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası qoyulmasını təklif edib. Millət vəkili bunu Azərbaycan ərazilərinin üçdə iki hissəsinin indiki İranın tərkibində olması ilə əsaslandırıb.


BAXCP sədrinin bu təklifinə həmkarlarından da dəstək gəlib.


Plenar iclasda parlamentin İntizam komissiyası və Hesablayıcı komissiyasının yenidən təşkili məsələləri müzakirə edilib.


Komissiyaların tərkibi olduğu kimi saxlanılaraq yenidən təsdiqlənib.

İntizam komissiyasına millət vəkilləri Fəttah Heydərov, Gülər Əhmədova, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Siyavuş Novruzov və Sədaqət Vəliyeva, hesablayıcı komissiyaya isə İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rəfael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Oruc və Mixail Zabelin daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня