AŞPA-lı həmməruzəçilər Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüb

AŞPA-lı həmməruzəçilər Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex fevralın 1-də Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüb. SİA-nın məlumatına görə, komitənin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizdə həyata keçirilən demokratik, hüquqi islahatlar barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan monitorinq aparılan ölkələrdən biridir. Ona görə də bu cür səfərlərə xüsusi əhəmiyyət verilir. Pedro Aqramunt de Mora Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirib, demokratiyanın inkişafından məmnunluğunu ifadə edib. Sonda Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsi, ikitərəfli əlaqələrin inkişafı, demokratik islahatlar və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə