YAP Naftalan şəhər təşkilatının VIII konfransı keçirilib

YAP Naftalan şəhər təşkilatının VIII konfransı keçirilib

Yanvar ayının 28-də Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının VIII konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə konfrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, Onun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Sonra işini davam etdirən konfransda Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himninin səsləndirilməsilə konfrans açıq elan olunub.

YAP Naftalan şəhər təşkilatının sədri (VIII konfransa qədərki) Möhübbət Bədəlov VII konfransdan ötən müddət ərzində görülmüş işlərlə bağlı hesabat məruzəsilə çıxış edib.

YAP Naftalan şəhər təşkilatının nəzarət-təftiş qrupunun hesabatı dinlənilib.

Sonra Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Hikmət Babaoğlu, YAP Naftalan şəhər təşkilatının İ.Nəsimi adına 1 saylı orta məktəb ilk partiya təşkilatının sədri Səmənnaz Musayeva, YAP Naftalan şəhər təşkilatının Musiqi məktəbi ilk partiya təşkilatının sədri Almaz Əliyeva və digərləri çıxış ediblər.

Daha sonra təşkilati məsələlərə baxılıb. YAP şəhər təşkilatının qətnaməsi təsdiq olunub, şəhər Şurasının və nəzarət-təftiş qrupunun üzvləri müəyyənləşib. Hətəm Qocayev YAP Naftalan şəhər təşkilatının yeni sədri seçilib.

Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə müraciət qəbul edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə