Mixal Labenda: \"Bu ilin mayında Varşavada Azərbaycan-Polşa Hökumətlərarası komissiyanın iclasının keçirilməsi gözlənilir\"
Bu il Polşanın xarici işlər naziri Radoslav Sikorski Azərbaycana səfərə gələcək. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Polşanın Azərbaycandakı səfiri Mixal Labenda bildirib. Polşa XİN rəhbərinin müavini Henrik Litvinin də Bakıya səfər edəcəyini deyən səfir bildirib ki, bu, Azərbaycan xarici siyasət idarəsi başçısının müavini Xələf Xələfovun Polşaya səfərinə cavab olaraq reallaşdırılacaq.
Onun sözlərinə görə, bu ilin mayında Varşavada Azərbaycan-Polşa Hökumətlərarası komissiyanın iclasının keçirilməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB