Kəskin hava şəraiti şimal bölgəsindəki yolları iflic vəziyyətə salıb. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, Quba rayon Fəvqəladə Hallar Komissiyası və Quba 6 saylı Yol İstismar Sahəsi gücləndirilmiş iş rejiminə keçib.
Axşam saatlarında yağan güclü qar yollarda çətinliklər yaradıb. Buna əsasən isə Quba FHK və Quba 6 saylı yol istismar idarəsinin ağır texnikaları yollara səfərbər olunub. Gücləndirilmiş iş rejimi ilə işləyən texnikalar səhər saatlarından artıq iş başındadılar.
Qubaya ən çox qar 20 sm, Qırız kəndinə yağıb. Digər kəndlərə isə qabaq və arxa ötürücüyə malik olan avtomobillərlə getmək mümkündür. Quba yol istismar sahəsinin rəisi Aydəmir Manafov bildirib ki, qəzaların baş vermə səbəbləri qarlı havada dağ kəndinə gedən sürücülərin əksəriyyətinin nasaz avtomobillərdən istifadə etməsidir.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB