Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakı-Quba, Bakı-Şamaxı, Gəndob-Yalama, İsmayıllı-Muğanlı yolları, Ağsu aşırımı buz bağlayıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, yaranmış vəziyyətlə əlaqədar Bakı-Qazax, Bakı-Astara, həmcinin Bakı-Sumqayıt yolunun bəzi hissələrində, Bakı şəhərinin dağətəyi ərazilərində də yollarda buz bağlayıb.
DYP sürücülərdən ehtiyatlı olmağı və buz bağlamış yollardan mümkün qədər az istifadə etməməyə çağırdı. Qurumdan bildirildi ki, buz bağlamış yollara qum səpilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB