Andres Herkel AŞPA Monitorinq Komitəsinin sədri seçilib

Andres Herkel AŞPA Monitorinq Komitəsinin sədri seçilib

Avropa Şurası Parlament Assambleyasının üzv dövlətlərin öhdəliklərinin yerinə yetirilməsinə dair komitəsinin (Monitorinq Komitəsi) iclasında qurumun sədri postuna seçki keçirilib. SİA-nın verdiyi məlumata görə, estoniyalı Andres Herkel səs çoxluğu ilə AŞPA Monitorinq Komitəsinin sədri seçilib.


Xatırladaq ki, A. Herkel AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi olub. Monitorinq Komitəsinin bundan əvvəlki sədri isveçrəli deputat Dik Marti idi.

Bütün xəbərlər Facebook səhifəmizdə