Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan və digər türk dilli xalqların əməkdaşlıq mərkəzləri, eyni zamanda Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Fransa senatında "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qəbul olunmuş qanun layihəsinə QHT-lərin etirazı mövzusunda dəyirimi masa keçirilib. SİA-nın verdiyi xəbərə görə, keçirilən tədbirdə Azərbaycanda fəaliyyət göstərən QHT-lərin bəyanatı qəbul edilib. Bu bəyanatda Azərbaycanda fəaliyyət göstərən QHT-lər Fransa senatının qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı nəzərdə tutulan cəza qanunu qəbul etməsini, demokratik dəyərlərə hörmətsizlik, insanların ifadə azadlığının boğulması, tarixi hadisələrin siyasiləşdirilməsi və Fransada yaşayan erməni lobbisinin təsiri ilə türk xalqlarına qarşı kin və nifrtəin başlanğıcı kimi qəbul edərək bu bədnam qanunu hiddətlə qınayır və buna qarşı olduqlarını qeyd ediblər.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB