Fransa Senatında qəbul edilən qondarma soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinə etiraz etmək istəyən bir qrup senator Konstitusiya Məhkəməsinə müraciət edəcək. Türkiyə mətbuatının verdiyi məlumata görə, bu məqsədlə senatorlar imzatoplama kampaniyasına başlayıblar.
Senator Natali Qule "Anadolu" agentliyinə açıqlamasında məhkəməyə müraciət üçün lazım olan imzaları toplayacaqlarına ümid etdiklərini bildirib. Müraciət üçün 60 imzanın yaxın günlərdə tamamlanacağı qeyd edilir.
İqtidar partiyası olan Xalk Hərəkəti Birliyindən də (UMP) iki millət vəkili qanuna etiraz üçün imza kampaniyasına qatılacaqlarını açıqlayıblar. Parlament üzvlərindən başqa, Senatdakı ana müxalifətdəki Sosialist Partiyasının bir qrup senatoru başlayan kampaniyaya dəstək verməyə hazırlaşır.
Fransa parlamentinin sədri Bernard Accoyer isə parlamentlərin tarixi məsələlərlə bağlı qanun qəbul etməsinin əleyhinə olduğunu desə də, imza kampaniyasına qatılmayacağını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB