\"Fransa Stop\", \"Rədd olsun Fransa-Ermənistan dostluğu!\", \"Xocalını unutmayaq!\"
"Fransa Stop!", "Rədd olsun Fransa-Ermənistan dostluğu!", "Rədd olsun Ermənistan-İran dostluğu!", "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!", "Xocalını unutmayaq!" kimi şüarlar Azərbaycan Beynəlxalq Diaspor Mərkəzi və Qarabağ Azadlıq Təşkilatının nümayəndələri tərəfindən bu gün Fransa səfirliyi qarşısında səsləndirildi. SİA-nın verdiyi məlumata görə, aksiya iştirakçıları Fransa Senatının 107 il əvvəl baş vermiş tarixi hadisələri siyasiləşdirərək uydurma "erməni soyqırımı" iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanunu qəbul etməsinə etirazlarını bildiriblər. Bu qanun layihəsinin qəbul edilməsinin Fransa-Türkiyə münasibətləri ilə yanaşı, Fransa-Azərbaycan münasibətlərinə də öz təsirini göstərəcəyi bəyan edilib. Sonra Ermənistan və Fransa prezidentinin müqəvvaları yumurta atəşinə tutulub. Polis insanların Fransa səfirliyinin binası qarşısına toplaşmasına imkan verməyib. Aksiyanın sonunda qətnamə qəbul edilib və Fransa səfirliyinə təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB