Sergey Lavrov: \"Prezidentlər baza prinsipləri üzərində işi davam etdirmək barədə razılığa gəldilər\" - AÇIQLAMA
Ermənistan və Azərbaycan prezidentləri həmsədrlərdən qoşunların təmas xəttində baş verən insidentin təhqiqatı ilə bağlı konkret təklif gözlədiklərini bəyan etdilər. Prezidentlərin üçtərəfli görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinin baza prinsipləri ilə bağlı razılaşdırılmamış məsələlər kompleks şəkildə müzakirə olundu. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan prezidentlərini üçtərəfli görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, tərəflər münaqişənin nizamlnaması istiqamətində mövcud olan məsələlərlə bağlı fikir mübadiləsi aparıb: "Prezidentlər baza prinsipləri üzərində işi davam etdirmək və daha sonra bu baza əsasında sülh sazişinə dair hüquqi sənədin hazırlanmasına keçmək barədə razılığa gəldilər. Bildirmək istərdim ki, biz vasitəçi və ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün səylərini davam etdirəcəyik".
Rusiya xarici siyasət idarəsini rəhbəri həmçinin bildirib ki, Minsk qrupunun həmsədrləri insidentlərin təhqiqatının aparılması mexanizmlərinin təsvir olunduğu məruzə hazırlayıblar: "Bu sənəd bu gün prezidentlərə təqdim olundu və bu istiqamətdə işi davam etdirməyi tapşırdılar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB