Millət vəkili: \"Rusiya prezidentinin yeni Qarabağ təşəbbüsü müsbət heç nə vəd etmir\"
Soçidə Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan, Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında baş tutacaq görüşdən ciddi bir şey gözləmirəm. Bu sözləri SİA-ya açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib. Millət vəkili hesab edir ki, səlahiyyət müddətinin başa çatmasına az qalan Rusiya prezidentinin yeni Qarabağ təşəbbüsü müsbət heç nə vəd etmir. Onun sözlərinə görə, ən yaxşı halda bu danışıqlar prosesə Rusiyanın nəzarətini saxlamaq və hərbi əməliyyatların başlamasına imkan verməyib tərəfləri danışıqlar masası arxasında tutmaq məqsədinə xidmət edə bilər:
"Növbəti görüşlərdən biridir. Çünki Medevedyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təsir imkanları əvvəlkinə nisbətən xeyli azalıb. Əgər Medvedyev Rusiyada növbəti prezident seçkilərində iştirak edib-etməməsi bəlli olmayanada onun vasitəçiliyi ilə keçirilən görüşlər xüsusilə Kazan görüşü nəticə vermədisə, bu görüşdə hər hansı ciddi nəticə verməyəcək".
F. Ağamalı deyir ki, görüşün yekun nəticəsi ilə bağlı ATƏT-in Minsk qrupu universal bəyanat verəcək: "Deyildiyi kimi, biz müharibəyə geniş şəkildə hazırlaşmalıyıq"- deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB