Rauf Zeyni: “İran tərəfindən edilən bu kiberhücüm açıq şəkildə Azərbaycanı təhdid etməkdir”
"Azərbaycanda bir sıra dövlət orqanlarının, siyasi partiyaların, bəzi KİV-in və digər qurumların saytlarına görünməmiş kütləvi haker hücumlarına İran mütləq bir açıqlama verməlidir". Bunu SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib. Onun sözlərinə görə, İran tərəfindən edilən bu hücüm açıq şəkildə Azərbaycanı təhdid etməkdir. "Ölkə rəsmiləri tərəfində bu terrora qəti şəkildə sərt cavab verilməlidir. Çünki bu İran tərəfindən edilən ilk belə addım deyil. Bundan əvvəl də bir neçə dəfə İran din pərdəsi altında ölkəmizdə iğtişaşlar yaratmağa cəhd edib. Eyni zamanda bir neçə gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində din xadimlərinə və ölkəmizdə olan beynəlxalq qurumların nümayəndələrinə qarşı törədilməsi planlaşdırılan terror aktının qarşısının alınması da göstərir ki, İran Azərbaycana qarşı məkirli siyasət həyata keçirməyi planlaşdırır".
Rauf Zeyninin fikirincə, Azərbaycanda beynəlxalq təşkilatların hər hansı bir nümayəndəsini və ya din xadimini terror qurbanına çevirmək Azərbaycanın dünyada olan nüfuzuna birbaşa mənfi təsir etmək deməkdir, eyni zamanda dünya dövlətlərini ölkəmizə qarşı yönləndirməkdir. "İran hakerlərinin dövlət əhəmiyyətli saytlara hücum etməsi isə bu mənfur siyasətin kuliminasiya nöqtəsi idi. İran üzdə Azərbaycana dostluq edirsə, arxada Ermənistana qardaş deyib, onlara istənilən sahədə yardım edir. Bütün bunların qarşısını almaq üçün mütləq dövlət səviyyəsində İrana sərt cavab verilməlidir. Əks təqdirdə bu tip hallar bir daha təkrarlana bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB