Əli Abbasov: \"İkinci telekommunikasiya peykinin orbitə çıxarılması təxminən 2015-ci ilə planlaşdırılır\" - AÇIQLAMA
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2011-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ötən il iKT sahəsində müşahidə olunan vəziyyət barədə ətraflı məlumat verib. O, son illər İKT sektorunun davamlı inkişaf etdiyini, əldə edilən gəlirlərinin artdığını, sektorun iqtisadiyyatda rolunun getdikcə yüksəldiyini, göstərilən xidmətlərin keyfiyyətinin və çeşidinin artdığını bildirib. Nazir qeyd edib ki, 2011-ci ildə İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 11, 8% artıb: "Bu sahəyə 400 milyon dollar investisiya qoyulub vı bu da 2010-cu ilə nisbətən 40% artıqdır. 2011-ci ildə bütün telefon şəbəkəsi təmamilə rəqəmləşdirilib və beynəlxalq nömrələnmə sisteminə keçilib. Mobil sektorda operatorlaırn hamısı 3G ximələrin verilməsi ilə bağlı lisenziya alıb. Statistika Komitəsinin verdiyi xəbərə görə, bu gün hər 100 nəfərə 101 telefon, nazirliyin məlumatına görə. 110 telefon düşür. Hər iki halda doyma səviyyəsi kifayət qədər yüksək sayılır".
Nazir qeyd edib ki, internet istifadəçilərinin sayı 65%-ə, genişmiqyaslı intermet istifadəçilərinin sıxlığı isə 30%-ı çatıb. Onun sözlərinə görə, 2011-ci ildə internet xidmətlərinin qiyməti 30 aşağı düşüb.
"Hesabat ilində "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsində kontraktlar üzrə işlər görülüb. İlk telekommunikasiya peykinin hazırlanaraq Kuru kosmodromuna gətirilməsi bu ilin oktyabr ayına, sonrakı 3 ay müddətində isə orbitə çıxarılması planlaşdırılıb. İkinci telekommunikasiya peyki ilə bağlı araşdırma işləri başa çatmaq üzrədir və peykin orbitə çıxarılması təxminən 2015-ci ilə planlaşdırılır. Yer səthinin müşahidə və tədqiqatı üzrə aşağı orbitli kiçik həcmli peykin orbitə çıxarılması isə 2013-cü ilə planlaşdırılır. Bu sahədə xarici peykin region üzərində icarəyə götürülməsi isə bu il həll olunmalıdır", - deyə nazir qeyd edib.
Ə.Abbasov vurğulayıb ki, "Elektron hökumət" layihəsi çərçivəsində elektron imzanın tətbiqi üzrə Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılıb və 2011-ci ilin sentyabr ayından dövlət orqanlarına, vətəndaşlara və biznes qurumlarına elektron imza xidmətlərinin göstərilməsinə başlanılıb. Onun fikrincə, "elektron hökumət portalı"nın birinci versiyası yaradılıb və bu ilin birinci yarısında vətəndaşlar və iş adamları üçün açılacaq. Hazırda 15 dövlət orqanı bu sistemə qoşulub və göstəriləcək elektron xidmətlərin sayı 60-a çatdırılıb: ""Poçt sistemində hesabat dövründə gəlirlər 23 faiz artıb, ancaq 2011-ci ildə də dövlət və əsasən də telekommunikasiya sektorundan ayrılan subsidiyalar hesabına fəaliyyəti təmin olunub. Maliyyə Nazirliyi və Mərkəzi Bankla birlikdə poçt sistemində yeni islahatlar üzərində düşünürük. Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 66,8%-i mobil sektorun payına düşüb və əvvəlki illə müqayisədə mobil sektor üzrə real artım tempi 3,6% təşkil edib. Ötən il ərzində İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,8%, qeyri-neft ÜDM-də payı isə 3,7% təşkil edib".
Hesabat iclaısnın davamında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturuna daxil olan birlik və müəssisələrin rəhbərləri məruzələrlə çıxış edərək 2011-ci ildə həyata keçirilən işlər barədə məlumat veriblər. Iclasda bir sıra rayonların müvafiq şöbələri ilə canlı bağlantılar yaradılıb. Hesabatın sonunda nazir Əli Abbasov cari ildə mövcud problemlər və görüləcək işlər barədə birlik və müəssisələrin rəhbərlərinə müvafiq tapşırıqlarını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB