Azərbaycan ilə Çexiya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Radek Matulanı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə olunub və səfir ölkəsinin Azərbaycan Respublikasına yeni təyin olunmuş hərbi attaşesini nazirə təqdim edib.
Görüşdə Matula ölkəsinin müdafiə nazirinin Çexiya Respublikasına rəsmi səfərə dəvət edilməsi ilə bağlı məktubunu Azərbaycanın müdafiə nazirinə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB