Politoloq: “Rəsmi Vaşınqton Tehrana qarşı “Anakonda” modelini tətbiq edəcək”

Politoloq: “Rəsmi Vaşınqton Tehrana qarşı “Anakonda” modelini tətbiq edəcək”

"ABŞ-la İran arasında münasibətlərin gərginləşməsi fonunda müharibə versiyası nə qədər çox hallandırılsa da bu bir qədər real təsir bağışlamır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli deyib. Onun sözlərinə görə, söhbət cavab zərbələrdən qorunmaqdan gedir: "Hesab edirəm ki, hadisələrin pik zirvəsi yanvarın 23-də olacaq. Avropa İttifaqı dövlətləri İranın neft sektoruna qarşı sanksiyaları qəbul etmək niyyətindədirlər. Bütün tendensiyalar göstərir ki, bu belə də olacaq. İran da geri çəkilmək niyyətində olmadığını ortaya qoyub. 195 km-lik Hörmüz boğazını bağlamaqla hədələyib. Hadisələrin belə inkişaf ssenarisində müharibə versiyası daha çox hallandırılır. Prinsip etibarilə müharibəyə başlamaq olar. Amma İsrail İranın atdığı orta mənzilli raketlərin qarşısını ala biləcək mi? Hazırda buna 100 faizlik təminat yoxdur. Təminat olsaydı müharibə artıq başlayardı".

Poltoloq bildirib ki, hazır ki, məqamda rəsmi Vaşınqton Tehrana qarşı "Anakonda" modelini tətbiq edəcək. Belə ki, model özündə İranın bütün xarici iqtisadi, siyasi əlaqələrini kəsməyi özündə ehtiva edir: "Anakonda ilanı şikarını necə sıxmaqla öldürür – İrana qarşı bu tətbiq ediləcək. Nəzərə alsaq ki, hazırda İranda iqtisadi vəziyyət getdikcə gərginləşir və 40 faizə qədər İran neftinin alıcısı olan Aİ bundan imtina edir. Xilaskar rolunda olmuş Çin, Hindistan, Cənubi Koreya, Yaponiyada artıq kəskin şəkildə İrandan neftin ixracını məhdudlaşdırmaq istədiklərini bildiriblər. Bu isə gərgin olan vəziyyəti dözülməz edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə