Sergey Lavrov: “Qəbələ RLS üzrə Azərbaycan və Rusiya arasında danışıqlarda prinsipial fikir ayrılığı mövcud deyil” - MÖVQE
Qəbələ RLS-i üzrə Azərbaycan və Rusiya arasında danışıqlarda prinsipial fikir ayrılığı mövcud deyil. SİA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN-in rəhbəri Sergey Lavrov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, yaxın bir zamanda Rusiya və Azərbaycanın hərbi arasında yaradılan müvafiq komissiyanın nümayəndə heyəti arasında Qəbələ RLS ilə bağlı məsələlər üzrə danışıqlar davam edəcək: "Mənim fikrimcə Qəbələ RLS-lə bağlı müzakirələrdə yeganə çətin durum icarə haqqına aiddir və burada da prinsipial problemlər yoxdur və nümayəndə heyətləri razılığa gəlməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB