Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüş tarixi dəqiqləşdi
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın görüşü yanvarın 23-də Soçidə keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə Rusiya Prezidentinin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir. Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparacaqlar.
Qeyd edək ki, bu, tərəflər arasında 2008-ci ildən bəri Rusiyanın təşəbbüsü ilə baş tutan 10-cu görüş olacaq. Prezidentlər sonuncu dəfə ötən il iyunun 24-də Kazanda görüşmüşdülər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB