İran XİN: "Avropa Birliyi İrana qarşı sanksiyaların tətbiqində ABŞ-a qoşulmağa hazır deyil"

İran XİN: "Avropa Birliyi İrana qarşı sanksiyaların tətbiqində ABŞ-a qoşulmağa hazır deyil"

İranın xarici işlər nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bəyan edib ki, Avropa Birliyi onun ölkəsinin neft sektoruna embarqo tətbiq etməyə hazır deyil. Mehmanpərəst bildirib ki, Avropa ölkələrinin iqtisadi vəziyyəti İran neftinə uzun müddətli sanksiyalara imkan vermir: "Avropa ölkələrinin reallığı onların İrana qarşı sanksiyaların tətbiqində ABŞ-a qoşulmağa hazır olmadığını göstərir. Bunu onların danışıqlarından anlamaq mümkündür. Bu danışıqlar ən optimis baxışa əsaslanıb. Onlara bunun ən azı 3 ay yubadılması lazımdır, onlar eyni zamanda bu sanksiyaların tətbiqinin bir il yubadılmasını nəzərdən keçirir. Biz bu ölkələrin iqtsadi vəziyyəti və enerji ehtiyaclarından yaxşı xəbərdarıq. Onlar özləri də bunu yaxşı bilir".


İran xarici işlər nazirliyinin mətbuat katibi həmçinin Tehranın Hörmüz boğazını bağlayacağı hədələri ilə bağlı Obama administrasiyasının ali dini lider ayatulla Əli Xameneiyə göndərdiyi məktubu ilə bağlı məlumatı da şərh edib. Ramin Mehmanpərəst məktubun nəzərdən keçirildiyini və lazım olacağı halda cavablandırılacağını bildirib. Onun sözlərinə görə, heç bir cavabın verilməməsi qərara alınsa, cavab verilməyəcək.


Ramin Mehmanpərəst İranın Tehranın cənubunda yeraltı məntəqədə daha müasir təhcizatla uran zənginləşdirmə fəaliyyətini genişləndirməsinə dair son bəyənatı barədə də danışıb. O, deyib ki, heç bir gizli məsələ yoxdur və uran zənginləşdirilməsi fəaliyyəti orada başlamalı olsa, atom enerjisi üzrə beynəlxalq agentlik bu barədə məlumatlandırılacaq.


"Regionun təhlükəsizliyini təhlükə altında qoymaq istəyən hər bir ölkə bilməlidir ki, bunun nəticələri olur. Onlar regionun təhlükəsizliyini qorumaq istəyirsə, müdaxiləyə və regionda hərbi mövcudluğa son qoymalıdır. Onlar eyni zamanda heç bir təxribatçı addım atmamalı və şərhlər etməməlidir". - Ramin Mehmanpərəst belə deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə