Gəncədə telefon köşkləri yoxa çıxıb - FOTO

Gəncədə telefon köşkləri yoxa çıxıb - FOTO

Bir vaxtlar hər addımbaşı rastlaşdığımız taksofonlar, el dilində desək, telefon köşkləri indi nədənsə gözümüzə dəymir. Ölkənin ikinci böyük şəhəri olan Gəncədə bu köşklər artıq fəaliyyət göstərmir desək yanılmarıq. Bəs, görəsən, bu taksofonlara bu gün ehtiyac qalıbmı? Əhali arasında apardığımız qısa sorğu göstərdi ki, bu telefonlara bu gün də tələbat var.

Mobil telefon və internetin sürtəli inkişafı ilə kölgədə qalan taksofonlara tələbat nə qədər azalsa da, bu rabitə vasitəsindən istifadə edənlər hələ də var. Hər halda əhalinin məsələyə münasibəti də dediklərimizin daha bariz nümunəsidir. Gəncə şəhər Telekommunikasiya İdarəsindən isə bildirirlər ki bu gün Gəncə şəhərində taksofonların sayı azalsa da, tam yığışdırılmayıb. Rəsmi statistikaya əsasən hazırda ölkənin ikinci böyük şəhərində 30-dan artıq taksofon əhalinin xidmətinə verilib ki, bunlardan da 20-dən artığı qəpiklə işlədilir.

Gələcəkdə isə qəpiklə işləyən taksofonlar kartlı sistemlə əvəzlənəcək. Ancaq bizim müşahidələrimiz göstərdi ki, Gəncədə 30-dan artıq taksofon fəaliyyət göstərmir, cəmi kartla çalışan bir telefon aparatı var ki, o da ümumiyyətlə işlək vəziyyətdə deyil. Aidiyyəti təşkilatların sadaladıqları ünvanların hamısını gəzsək, də heç birində adı çəkilən cihazları görə bilmədik.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə