Fransalı senatorlar tarixin ən biyabırçı qərarına imza ata bilərlər
Fransanın aparıcı Xalq Hərəkatı Birliyi Partiyasından olan deputatın təklifi ilə Milli Assambleyenın dekabrın 22-də keçirilmiş iclasında bir qrup ermənipərəst deputatın təkidi ilə qəbul olunan qondarma "erməni soyqırımı"nın inkarına görə cəza verilməsi barədə qanunun yanvarın 23-də Senatda müzakirəyə çıxarılması senatorlar arasında ciddi fikir ayrılığına səbəb olub. Senatda təmsil olunan ayrı-ayrı partiyalar bu qanunun qəbul edilməsinin ölkə Konstitusiyasına tamamilə zidd olduğunu diqqətə çatdırıb. Ekologiya partiyasının sədri Jan-Vənsan Plase təmsil etdiyi qurumun belə bir qanunun qəbul edilməsinin qəti əleyhinə olduğunu bəyan edib. O, yaddaşlara əsaslanan qanuna səs verməyin heç də siyasətçilərin işi olmadığını bildirib.
Avropa İctimai və Demokratlar Birliyi Partiyası heç bir əsası olmayan qanunu dəstəkləmədiklərini vurğulayıb. Partiyanı senatda təmsil edən senatorlar qeyd ediblər ki, senatorların vəzifəsi heç də tarixi hadisələri yazmaq deyil: "Vaxtilə dünyada ilk dəfə insan haqlarının müdafiəsi ilə bağlı qanun qəbul etmiş Fransanın bu gün sübuta yetməyən "soyqırımı" ilə bağlı qanun qəbul etməsi, nəinki iki əsr bundan əvvəl qəbul etdiyi qanunu pozduğuna sübutdur, eyni zamanda, demokratik ölkə kimi formalaşmış imicinə böyük zərbədir".
Senator Natali Qulenin təmsil etdiyi Respublikaçılar və Mərkəzçilər Partiyası da bu qanunun müzakirəsinin qəti əleyhinə olduqlarını diqqətə çatdırıblar.
Hətta iş o yerə çatmışdır ki, qondarma "erməni soyqırımı"nın inkarı ilə bağlı qanunun Milli Assambleyada müzakirəyə çıxarılması təklifini irəli sürmüş deputat Valeri Boyerin təmsil etdiyi Xalq Hərəkatı Partiyasından olan senatorların əksəriyyəti belə bir qanunun qəbulunun Fransa kimi ölkənin imicinə zərbə vuracağını, müxtəlif sahələrdə tərəfdaş olduğu Türkiyə kimi bir dövlətlə əlaqələrinə ciddi təsir edəcəyini xatırladaraq qanunla bağlı səsvermədə iştirak etməyəcəklərini bildiriblər.
Həmişə ermənilərin tərəfini saxlayan və daim onları müdafiə edən Sosialist Partiyasından və Kommunist Partiyasındna olan senatorlara gəldikdə isə, onlar qanunun lehinə səs verəcəklərini bəyan ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB