Ordumuzun mövqeləri atəşə tutulub

Ordumuzun mövqeləri atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 16-da saat 11.10-dan 11.20-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 10.30-dan 10.45-dək Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 09.50-dən 10.20-dək, 11.00-dan 11.15-dək və 19.30-dan 19.35-dək Ağdam rayonunun Yusifjanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərimizi, saat 10.30-dan 11.30-dək Xojavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.00-dan 20.15-dək və yanvarın 17-də saat 02.00-dan 02.25-dək Füzuli rayonunun Qorqan və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumatına görə, düşmən cavab atəşi ilə susdurulub.


Bütün xəbərlər Facebook səhifəmizdə