Yanvarın 12-13-də Vaşinqtonda Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə ikitərəfli məsləhətləşmələrin növbəti raundu keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfovun başçılığı ilə nümayəndə heyəti Pentaqon və Dövlət Departamentində məsləhətləşmələr apararaq Birləşmiş Ştatlarla müdafiə əməkdaşlığı üzrə geniş spektri əhatə edən məsələləri nəzərdən keçirib, cari il üçün konkret planları müzakirə ediblər. ABŞ tərəfindən məsləhətləşmələrə Pentaqon başçısının müdafiə və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Cozef MakMillan həmsədrlik edib.
Pentaqonun mətbuat xidmətindən "AzərTAc"a verilən məlumatya görə, ABŞ nümayəndə heyətinin tərkibində müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya siyasəti üzrə müavini Selest Volander, ABŞ Baş Komandanlığı, Oklahoma Milli Qvardiyası və Müdafiə Nazirliyi şöbələrinin əməkdaşları təmsil olunub. Tərəflər müdafiə əməkdaşlığı, xüsusilə də NATO çərçivəsində əməliyyatlararası qabiliyyətin inkişaf etdirilməsi, dəniz təhlükəsizliyi və vacib enerji infrastrukturunun qorunması, eləcə də bölgə təhlükəsizliyi ilə bağlı bir sıra məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Azərbaycan ilə ABŞ arasında müdafiə və təhlükəsizlik əməkdaşlığı üzrə ikitərəfli məsləhətləşmələr ölkələrimizin bu istiqamətdə əməkdaşlığının əsas amillərindən biri hesab edilir. 2002-ci ilin martından başlayaraq məsləhətləşmələr illik formatda Vaşinqton və Bakıda keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB