Zülfiyyə Xanbabayeva: “Bu gün mənim həyatımda, fəaliyyətimdə ən uğurlu, xoş günlərdən biridir”
"Bu gün mənim həyatımda, fəaliyyətimdə ən uğurlu, xoş günlərdən biridir. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bir-birindən əhəmiyyətli uğurlara imza atan Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaq mənim üçün şərəfdir. Özümü hər zaman bu partiyanın sırasında hiss etmişəm. Amma bu gün rəsmi olaraq partiyanın üzvlük vəsiqəsinə sahib oluram". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının xalq artisti Zülfiyyə Xanbabayeva YAP-ın mərkəzi ofisində sənət adamlarına partiyanın üzvlük vəsiqələrinin təqdim olunması mərasimində söyləyib.
Zülfiyyə Xanbabayeva bu mühüm addımın onun məsuliyyətini birə on qat artırdığını bildirib və partiyaya yeni daxil olan həmkarlarını təbrik edib.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB