Ermənistan ordusu Azərbaycan mövqelərini növbəti dəfə atəşə tutub

Ermənistan ordusu Azərbaycan mövqelərini növbəti dəfə atəşə tutub

Ermənistan Ordusunun bölmələri yanvarın 12-də saat 11.30-dan 11.40-dək və 17.00-dan 17.20-dək Tərtər rayonunun Qızıloba və Yarımca kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 15.35-dən 15.45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 11.40-dan 11.50-dək Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə