Burada jurnalistlərin suallarını cavablandıran A.Gül \'\'Baş nazir Rəcəb Tayyib Ərdoğan İlkər Başbuğun məhbus olaraq mühakimə olunması səbəbi ilə narahatlıq duyduğunu bildirib. Başbuğun məhbus olaraq mühakimə edilməsi barədə fikriniz nədir\", \"Başbuğun Yüksək Ali Şurada mühakimə edilməsi barədə şəxsən nə düşünürsünüz\" suallarına cavab verib. O deyib: \"Bu mövzu haqqında düşündüklərimi əvvəllər də söyləmişdim. Hörmətli baş nazirin söylədiklərini mən də dəstəkləyirəm. Digər mövzu tamamilə hüquqla bağlı mövzudur. Buna əlaqədar orqanlar qərar verəcək. Mənim şəxsi fikrimcə, Başbuğ Yüksək Ali Şurada mühakimə edilməlidir. Amma yenə də buna müvafiq təşkilatlar qərar verməlidir\".
Bildirək ki, İlkər Başbuğun vəkili İlkay Sezər də Konstitusiyanın 148-ci maddəsindikı dəyişikliyi əsas gətirərək, generalın Yüksək Ali Şurad mühakimə olunmasını tələb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB