Dövlət Baxçeli: “İlker Başbuğ terrorçudursa, onda Abdulla Öcalan kimdir?”
"İlker Başbuğ terrorçudursa, onda İmralıda saxlanılan Abdulla Öcalan kimdir və hansı cinayətə görə oradadır?". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçeli, Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərərgah rəisi İlker Başbuğun həbs olunmasına münasibət bildirərkən deyib.
MHP fraksiya iclasında çıxış edən Baxçeli bildirib ki, İlker Başbuğun "İnternet memorandumu" cinayət işi çərçivəsində həbsi qəbul edə bilməzdir: "Çox təəssüf ki, qəhrəman Türk əsgərinə əmr edən bir insan terror təşkilatı qurmaqda və idarə etməkdə günahlandırlır. Bu ağılasığmaz və məntiqsiz bir iddiadır. Əgər Baş qərargah rəisi terror təşkilatı qurub onu idarə edibsə, bu təşkilatın heyəti haradadır?. 30 Avqust mərasimlərində Baş komandan qismində təbrikləri qəbul edən prezident Abdulla Gül qarşısından keçən və onun əlini sıxanların terrorçu olduğunu anlamayıb?".Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB