Birləşmiş Ştatlar İran hökumətinin Qumda yerləşən obyektdə uranın zəngiləşdirilməsi üzrə əməliyyata başlamaq qərarını pisləyir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Dövlət katibi Hillari Klinton deyib. Onun sözlərinə görə, bu, Tehranın BMT Təhlükəsizlik Şurasının və Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarəçilər Şurasının çoxsaylı qətnamələri çərçivəsində verdiyi öhdəliklərə ziddir: "Bu addım İran rejiminin öz öhdəliklərinə laqeyd yanaşmasını növbəti dəfə açıq şəkildə göstərir".
Amerikalı diplomat rəsmi Tehranın İran və "5+1" qrupu (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) ilə nüvə problemi ətrafında aparılan danışıqlara əməl etməyə çağırıb.
Qeyd edək ki, tərkibinə ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya və Almaniyanın daxil olduğu "altılıq" ölkələri 2003-cü ildən İranla uranın zənginləşdirilməsi işlərinin dayandırılması ətrafında danışıqlar aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB