Osmanlı dövləri öz mövqelərini qoruyaraq 3 əsas prinsiplə hərəkət edirdilər. Birinci, İrəvan ermənilərə verilsə, o zaman ermənilər Vandan çıxarılacaq. Bu zaman ermənilər də Qarabağ iddialarından əl çəkəcək. Bakının bolşeviklərdən təmizlənməsinə yardım ediləcək. Azərbaycan və Ermənistan birləşərək Konfederasiya yaradacaq". Tarixçi alim deyir ki, Osmanlı dövləti İrəvan ermənilərə verilməyəcəyi təqdirdə yeni yaranmış Azərbaycan hökümətinin tanımayacağını və ona dəstək olmayacağını da bildirib, eyni zamanda o zaman ermənilərin Vandan çıxarılan silahlıları da İrəvana yerləşdirilib. İrəvanın qorunması üçün isə Azərbaycan silahlılarından bir nəfərdə olsa şəhərdə yox idi. Bütün bunları nəzərə alaraq məcburiyyət qarşısında Azərbaycan hökümətidə iki ziyanlıdan daha az ziyanlını seçməli olub. Belə vəziyyətdən isə hamı qazandı. Türkiyə öz torpaqlarından erməni idiasını aradan qaldıraraq erməniləri ərazidən uzaqlaşdırdı. Ermənilər ilk dəfə dövlət quraraq İrəvanı qazandılar. Azərbaycan öz dövlətçiliyinə uzun müddətdən sonra yenidən qovuşdu. Lakin sonradan tarix göstərdi ki, ermənilər yenə də aldadıcı mövqe tutaraq verdkləri sözə əməl etmədilər. Kifayət qədər edilən güzəştlərdən sonra yeni iddialar irəli sürdülər. 1928-ci ildə Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra ermənilər 16 maddədən ibarət müqavilənin 15-ci bəndini əldə əsas tutaraq yenidən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladılar. Müqavilənin 15-ci bəndində isə deyilirdi: "İran ərazisində olan ermənilər istədikləri zaman Çar Rusiyasi tərəfindən işğal edilən Azərbaycan ərazisinə köçə bilərlər. Bu bəndi əsas tutub kifayət qədər erməni Qarabağa, Şamaxı, Bakı, Naxçıvana köçürüldülər".
Qeyd edək ki, 1918 -ci ildə Azərbaycan Xalq Cümhuriyyəri yarandığı zaman regionda onu suveren dövlət kimi tanımaq istəməyən dövlətlərdən biri də İran idi ki, o da müstəqilliyin elə ilk günlərində Azərbaycana nota göndərir. Sənəddə deyilir: "Azərbaycan deyiləndə Azərbaycan haradır?" ADR isə bu zaman Qafqaz sözünü Azərbaycan sözünə əlavə etməklə İranın nəzərinə çatdırır ki, söhbət Qafqaz Azərbaycanından gedir və bundan sonra 1920-ci ilin mart ayının 21-də İran Azərbaycanın suverenliyini tanıyır. Politoloqlar isə hesab edir ki, vaxtilə imzalalan bu müqavilə əsasında bu gün Azərbaycan İrəvanı geri qaytarmaq üçün əla fürsət qazanıb. Çünki beynəlxalq hüquq müqavilələri tələb edir ki, torpaqla bağlı qəbul olunan hər hansı bir qərardan 99 il keçdikdən sonra həmin torpaqlar geri qaytarılmalıdır. "Sözü gedən müqavilədə 99 illik icarə haqqı ilə bağlı maddə olmasa da icarə müddətinin başa çatması o səbəbdən 99 il nəzərdə tutulur ki, bütün beynəlxalq müqavilələr 99 illik bağlanılır. İlk dəfə də bu məsələni Cənab prezident İlham Əliyev qaldırdı. \"İrəvanı icarəyə vermişdik, indi vaxt tamam olan zaman geri istəyəcəyik\". Bu çıxış isə erməniləri əməlli-başlı şoka saldı. Çünki hazırda onlar bunu gözləmirdilər\"- politoloq Cümşüd Nuriyev deyir.
Hər halda ümid edək ki, aparılan siyasi danışıqlar yaxın gələcəkdə fayda verəcək. Torpaqlarımızı qorumağa da, itiridiklərimizi qaytarmağa da bu gündən hazır olmalıyıq.
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB