"Sürüşmələr daha çox geoloji mühitdən asılı olaraq yaranır. Yağış suları, insan faktoru, texnogen amillər də buna təsir edir". SİA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə institutda 2011-ci ilin yekunlarına həsr olunan konfransda bildirib. O, Azərbaycanın sürüşməyə meylli ərazilərinin adlarını da açıqlayıb. Akif Əlizadənin sözlərinə görə, bu ərazilər Bakı-Abşeron, Mingəçevir, Lənkəran-Talış zonası, Böyük Qafqazın cənub yamacıdır.
Həmçinin A.Əlizadə əlavə edib ki, bunlar Azərbaycanın geoloji baxımdan zəif nöqtələrdir və bu nöqtələrin hər birinin sürüşmə xəritələrinin hazırlanması çox vacibdir.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB