İlham Əliyevlə Serj Sarkisyan bir araya gələcək

İlham Əliyevlə Serj Sarkisyan bir araya gələcək

Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün bu ayın sonunda keçirilməsi planlaşdırılır. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, görüşün Soçidə baş tutacağı gözlənilir. Görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli yolları olacaq. Qeyd edək ki, Dmitri Medvedyevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın dövlət başçıları arasında sonuncu görüş ötən ilin iyununda Kazanda baş tutub.


Bütün xəbərlər Facebook səhifəmizdə