Əvvəlki illərdə olduğu kimi bu il də yanvar ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesinə start verilib. SİA-nın Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, Seçki Məcəlləsinin tələbinə əsasən, vahid seçicilər siyahısının dəqiqləşdirilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılır. Məntəqə seçki komissiyaları qanunla nəzərdə tutulmuş müddətdə müvafiq seçki məntəqəsinin hüdudlarında seçici siyahılarının dəqiqləşdirilməsini həyata keçirəcəklər.
Seçki qanunvericiliyinin tələbinə görə, məntəqə seçki komissiyaları məntəqə üzrə dəqiqləşdirilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təhvil verməlidirlər. Dairə seçki komissiyaları isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim edəcəklər. Mərkəzi Seçki Komissiyası isə vahid seçicilər siyahısının ölkə üzrə dəqiqləşdirilməsini həyata keçirəcəkdir.
Bu proses ən geci mayın sonuna qədər yekunlaşacaq və ölkə üzrə dəqiqləşdirilmiş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB