Pilipp Blanşar: “Biz BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cixardığı qətnaməni dəstəkliyirik”
"Biz BMT-nin dağlıq Qarabağ münaqişəsi ilə bağlı cixardığı qətnaməni dəstəkliyirik". SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, bunu Belçika parlamentin üzvü Pilipp Blanşar deyib. Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işci qrupunun rəhbəri Filipp Blanşar mətbuata acıqlamasında bildirib ki, Ermənilər Azərbaycan torpaqlarının işğal etməsi nəticəsində insanlar öz doğma yurd-yuvalardaın didərgin düşüblər.
"Bu gün Ağdam rayonuna səfər edərək onların həyat şəraiti ilə yaxından tanış olduq. Yaxşı olar ki, Avropa Parlamentinin üzvləri bu bölgəyə tez-tez səfər etsin. Çünki onların Avropada eşitdikləri ilə burda gördükləri tam fərqlidir. Bu gün Azərbaycanda məcburi köçkünlərin yaşaması üçün müəyyən şərait yaradılsa da ata-baba yurdlarından didərgin düşən insanlar haqlı olaraq işğal edilmiş torpaqlarına qayıtmaq istəyirlər. Burada yaşayan insanlar bir neçə yüz metr uzaqlıqdan öz torpaqlarına baxaraq münaqişə nəticəsində ora gedə bilmirlər. Əslində bu insanların orda yaşamaq hüququ var. Biz BMT-nin dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxardığı qətnaməni dəstəkliyirik. Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in üzərinə götürdüyü bu misiyaya da Avropa ölkələri dəstək olmalıdır", - deyə Belçika parlamentin üzvü bildirib.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB