Əhməd Davudoğlu Moskvaya səfər edəcək

Əhməd Davudoğlu Moskvaya səfər edəcək

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu yanvar ayının sonunda Rusiyaya səfər edəcək. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, nazir səfər çərçivəsində Moskvada əməkdaşlıq şurasının yığıncağına qatılacaq. Rusiya tərəfini yığıncaqda xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. Bundan əlavə səfərdə Türkiyə ilə Rusiya arasında Orta Şərq, Dağlıq Qarabağ və İranın nüvə proqramı və beynəlxalq mövzular müzakirə ediləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə