Nuşirəvan Məhərrəmli: \"1-2 ay ərzində Azərbaycan tam şəkildə rəqəmsal yayıma keçiləcək” - FOTO

Nuşirəvan Məhərrəmli: \"1-2 ay ərzində Azərbaycan tam şəkildə rəqəmsal yayıma keçiləcək” - FOTO

Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəqəmsal yayıma keçidlə bağlı əhalinin aztəminatlı təbəqəsi üçün dekoderlərin alınması barədə ölkə prezidentinə müraciətinə hazırda Azərbaycan hökumətində baxılır. SİA-nın verdiyi xəbərə görə, bunu Şurada 2011-ci ilin yekunlarına həsr olunan iclasda MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, müraciətin müsbət həlli gözlənilir: "Belə olacağı halda 120 min aztəminatlı insan rəqəmsal yayım üçün dekoderlərdən yararlanacaq. Əgər bu baş verərsə, yaxın 1-2 ay ərzində Azərbaycan ərazisində tam şəkildə rəqəmsal yayıma keçiləcək".

Həmçinin Şura sədri qeyd edib ki, hazırda Azərbaycanın teleradio kanalları rəqəmsal yayıma keçməyə tam hazırdır: "Azərbaycan dövləti ölkə ərazisinin 85 faizini rəqəmsal yayıma keçmək üçün hazırlanıb. Dekabrın 22-dən Azərbaycan ərazisində bütün telekanallar məcburi surətdə rəqəmsal yayımla analoq yayımı paralel olaraq həyata keçirirlər. Əsas məqsəd isə 2012-ci ildə ölkədə analoq yayımı dayandırmaqdır. Bununla bağlı beynəlxalq təcrübə də öyrənilib".

MTRŞ sədri onu da bildirib ki, bu il Avropanın 20-dən çox ölkəsi də analoq yayımı dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə