ARDNŞ-ın prezidenti Metyu Brayza ilə görüşüb

ARDNŞ-ın prezidenti Metyu Brayza ilə görüşüb

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mətyu Brayzə ilə görüşüb. ARDNŞ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfir Mətyu Brayzə Azərbaycanda çalışdığı müddətdə bütün sahələrdə olduğu kimi, neft-qaz sektorunda da böyük inkişaf müşahidə etdiyini, bu inkişafda ARDNŞ-nin mühüm rol oynadığını söyləyib, qarşıdakı illərdə şirkətin faliyyət dairəsinin daha da genişlənəcəyinə, dünya bazarında mövqelərinin möhkəmlənəcəyinə əminliyini bildirib.

R.Abdullayev Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli neft-qaz layihələrinin gerçəkləşməsinə ABŞ-ın həmişə böyük dəstək verdiyini deyib, ölkəmiz və ARDNŞ haqqında söylədiyi xoş sözlərə görə səfirə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə