“Kaspi” qəzetinin 130 illiyi ilə bağlı elmi-praktik konfrans keçirilib

“Kaspi” qəzetinin 130 illiyi ilə bağlı elmi-praktik konfrans keçirilib

Bu gün "Kaspi" qəzetinin 130 illiyi ilə bağlı keçirilmiş elmi məqalələr müsabiqəsi nəticəsində çap olunan "Üç əsrin qəzeti" kitabının təqdimatı baş tutub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, cəmiyyətdə ictimai fikrin formalaşmasında qəzet əsas rol oynayır. O bildirib ki, "Əkinçi" qəzeti maarifçilik ideyalarını yaymaqla mətbuatın təməlini qoydu və sonradan bu ənənələri "Kaspi" qəzeti yaşatdı."Kaspi" 10 minlik nüsxə ilə dövrünün ən tirajlı qəzeti olaraq yalnız Azərbaycanda deyil, Rusiyada və yaxın şərq ölkələrində yayılırdı", - deyə Əflatun Amaşov bildirib.


Onun sözlərinə görə, "Kaspi" qəzetinin səhifələrində yerləşdirdiyi məqalələrdə dövrün ziyalıları- Əlimərdanbəy Topçubaşov, Həsən bəy Zərdabi, Əhməd Ağaoğlu, Ceyhun Hacıbəyli, Üzeyir Hacıbəyli və digərləri Azərbaycan xalqının maarifçiliyinə xidmət ediblər.

"Hazırda da 1999-cu ildən təkrar dərc olunmağa başlayan "Kaspi" qəzeti ölkədə ictimai fikirə təsir göstərən qəzetdir. Özünün sələfi olan "Kaspi\" onu bağlayan xüsusiyyətlərdən biri də Azərbaycan mədəniyyət nümunələrinə xüsusi yer ayırmasıdır", - deyə şura sədri bildirib.

Konfransda çıxış edən müasir "Kaspi" qəzetinin rəhbəri Sona Vəliyeva bildirib ki, qəzetin 130 illiyi münasibətilə elan edilən elmi araşdırmalar müsabiqəsi "Kaspi" qəzetinin tarixinin maraqlı məqamlarını üzə çıxarıb. Onun sözlərinə görə, "Əkinçi" öz fəaliyyətini dayandırdıqdan sonra Həsən bəy Zərdabi öz ideyalarını "Kaspi"də həyata keçirdi və gənc istedadları oraya topladı: "Qəzet 1881-ci ildən 1919-cu ilədək fasiləsiz fəaliyyət göstərərək bütün düşüncə aydınlarını ətrafına toplaya bildi. 1897-ci ildə \"Kaspi\" mətbəəsi Hacı Zeynalabdin Tağıyev tərəfindən alınaraq Azərbaycançılıq məfkurəsinin mərkəzinə çevrildi".

Eyni zamanda Sona Vəliyeva qeyd edib ki, "Kaspi"nin fəaliyyətinin böyük bir mərhələsi Əhməd Ağaoğlunun yaradıcılığı ilə dərin məzmun qazanıb. "Xüsusilə 1897-ci ildən sonra qəzet bütövlükdə milli düşüncə sahiblərinin tribunasına çevrildi. "Kaspi" qəzetinin rus dilində çıxmasına baxmayaraq milli bir qəzet olaraq xalqın milli təfəkkürünün oyanmasında, milli azadlıq hərəkatında, Xalq Cumhiriyyətinin yaranmasında Azərbaycan ziyalılarının təfəkkür mərkəzi rolunu oynadı.


\"\"


\"\"


\"\"


\"\"


\"\"


\"\"


\"\"


\"\"

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə