Mübariz Qurbanlı: \"2011-ci il Azərbaycanın ictimai-siyasi həyatında bir sıra hadisələrlə yadda qaldı\"

Mübariz Qurbanlı: \"2011-ci il Azərbaycanın ictimai-siyasi həyatında bir sıra hadisələrlə yadda qaldı\"

2011-ci il Azərbaycanın ictimai-siyasi həyatında bir sıra hadisələrlə yadda qaldı. Bunu SİA-ya açıqlamasında cari ilin yekunlarını şərh eədn millət vəkili Mübariz Qurbanlı deyib. O bildirib ki, bu il Azərbaycan üçün uğurlu illərdən biridir. Onun sözlərinə görə, cari il prezident İlham Əliyevin Azərbaycanı inkişaf etdirməklə bağlı həyata keçirdiyi tədbirlər müxtəlif sahələrdə öz bəhrəsini verdi.

M.Qurbanlı qeyd edib ki, 2011-ci il Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında ən mühüm hadisələrdən biri onun "Evrovision" mahnı müsabiqəsində qələbə çalması oldu: "Bu yarışmada az müddətdə iştirak edən Azərbaycan 3-cü cəhddə artıq yarışmanın qalibi kimi qələbə qazandı. Həmin qələbənin Azərbaycan üçün mənəvi, psixoloji və ideoloji əhəmiyyəti vardır. Eyni zamanda, bizə düşmənçilik edən Ermənistan üzərində Azərbaycanın üstünlüyünü bir daha nümayiş etdirdi. 2011-ci ilin sosial-iqtisadi nəticələri dəfələrlə prezidentin çıxışlarında səsləndirilib. Ümüdaxili, sənaye məhsulu, kənd təsərrrüfatı məhsullarının artımında irəliləyişlər var. Eyni zamanda, yoxsulluğun azalması istiqamətində həyata keçirilən proqram da mühüm nəticə verir. Bu gün Azərbaycanda yoxsulluğun səviyyəsi 8 faiz civarındadır".

2011-ci ildə Azərbaycanın beynəxalq aləmdəki nüfuzuna gəlincə, M.Qurbanlı qeyd edib ki, cari il ölkəmiz BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Onun fikrincə, bu, Azərbaycan xalqı və dövləti üçün çox ciddi və əhəmiyyətli hadisə kimi yadda qalıb: "Bu gün ən böyük problemimiz Ermənistanın Azərbaycana olan təcavüzüdür. Ermənistan tərəfindən Azərbaycanın 17,2 min kvadrat km ərazisi işğal edilib. Bu torpaqların işğaldan azad olunması istiqamətində də işlər davam edir. ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan işlərdə Azərbaycan diplomatiyası müəyyən cəhdlər göstərərək nəticələr əldə edib. Lakin bu münaqişə hələ də həll edilməmiş qalıb. Bunun da ən mühüm səbəbi Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsidir. Digər tərəfdən Ermənistana digər dairələrin himayə göstərməsidir. Ermənistanı himayə edən ölkələrin geridə qalmış, bütövlükdə tənəzzül vəziyyətdə olan bu ölkəni nə qədər himayə edəcəkləri zaman məsələsidir. Zaman isə Azəbaycanın xeyrinə işləyir. Azərbaycanın üzləşdiyi bu problemin həlli üçün zamandan Azərbaycan səmərəli şəkildə istifadə edir və etməkdədir".

2011-ci ildə Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurları ümumi şəkildə xarakterizə edən M.Qurbanlı əlavə edib ki, bu il ölkə üçün uğurlu bir il olub: "Azərbaycan keçid dövrünü arxada qoyub, keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub, XXI əsrin ikinci onilliyinin birinci ilini uğurla başa vurub. Bizim bu uğurlar növbəti mərhələdə Azərbaycan üçün yeni-yeni müvəffəqiyyətlər qazanmağa, xalqın rifahını yaxşılaşmasına böyük təkan verəcək. Əmək haqlarının artırılması istiqatində işlər gedir, özəl sahədə də əmək haqları artırılır. İnanırıq ki, bu işlər gələn ildə də davam etdiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə