Polşa Respublikasının prezidenti İlham Əliyevə təbrik ünvanlayıb

Polşa Respublikasının Prezidenti Bronislav Komorovski dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. SİA-nın məlumatına görə, Polşa Prezidenti dövlətimizin başçısını anadan olmasının 50 illiyi münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Dövlətimizin başçısı təbrikə və diqqətə görə Bronislav Komorovskiyə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Polşa arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını ifadə etmiş, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər. Telefon söhbəti zamanı Polşa Prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfərinin uğurla keçdiyi bir daha vurğulayıb, dövlət başçıları səviyyəsində görüşlərin gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə