Milli Məclisin növbəti iclası keçirilib - YENİLƏNİB

Milli Məclisin növbəti iclası keçirilib - YENİLƏNİB

Bu gün Milli Məclisin növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, əvvəlcə Milli Məclisin sədri Oqtay Əsədov deputatlar adından Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib. Daha sonra Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubunu oxuyub.

İclasda əsas müzakirə mövzusu Fransa Parlamentində uydurma \"erməni soyqırımı\"nın inkar edilməsinin cinayət hesab edilməsi ilə bağlı qanun layihəsini qəbul etməsi olub.

Millət vəkilləri Fransa parlamentinin bu qərarının beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb, bunun dövlətlərarası münasibətlərə ciddi ziyan vuracağını bildiriblər.

Milli Məclisin sədri Oqtay Əsədov isə "Yəqin Fransa büdcəsinin 45 min avroya ehtiyacı var" – deyərək, Fransa Milli Assambleyasının məlum qərarına istehza edib. İclasda çıxış edən millət vəkili Siyavuş Novruzov bu qərarı pisləyib. O deyib ki, əsrin sonlarında Xocalıda yaşanmış soyqırımına münasibət açıqlamayan Fransa Milli Assambleyasının əsrin əvvəllərində nə olub-olmadığı bilinməyən hadisələrə "soyqırımı" deməsi və bunu inkar edənlərə cəza tətbiqi ilə bağlı qərar qəbul etməsi qeyri-obyektivdir. Fransa Milli Assambleyasının müvafiq qərarını millət vəkilləri Mübariz Qurbanlı və İqbal Ağazadə də pisləyib və Azərbaycanın bu məsələdə Türkiyənin yanında olduğunu vurğulayıblar.


İclasda, həmçinin \"Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında\" qanun layihəsi birinci oxunuşda qəbul edib.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli xəstəliklə bağlı millət vəkillərini məlumatlandırıb və bildirib ki, hazırda Azərbaycanda 10 min insan bu xəstəlikdən əziyyət çəkir: "Dağınıq skleroz müalicəsi bahalı dərmanlar tələb edən, dünyada geniş yayılmış və insana çox əzab verən xəstəlikdir.

Xəstəlik insanın bütün orqan və toxumalarını zədələyir - görməsi, eşitməsi, nitqi, hərəkəti, koordinasiyası pozulur, əqli zəiflik baş verir və xroniki davam edir. Müalicəsi isə ildə 10-15 min manat xərc tələb edir.


Bu xəstəlik adətən insanlarda cavan yaşlarından (17-18 yaş) başlayır və onlar uzun müddət işləyə bilmirlər.

Dağınıq sklerozun ilk əlaməti hərəkətin və koordinasiyanın pozulmasıdır - əllər, ayaqlar işləmir, sidik ifrazının norması pozulur. İnkişaf edəndən sonra xəstəliyin simptomları gözlərin bir tərəfə baxması, baş əsməsi, ağızın bir tərəfə əyilməsi, koordinasiyanın pozulması, nitqin itməsidir".

İclasda \"Hərbi vəzifə və hərbi xidmət haqqında\" yeni qanun da birinci oxunuşda qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня